
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə nəticəsində ölən işçilərdən biri – Tural Səfərəliyevin yaxınları danışıblar.
Mərhumun qonşusu 38 yaşlı T.Səfərəliyevin evli olduğunu söyləyib:
"Uzun müddətdir gəmi təmiri zavodunda işləyirdi. Qonşu olmuşuq, neçə il bir yerdə yaşamışıq. Gözəl insan olub. Allah rəhmət eləsin".
Xatırladaq ki, dünən saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib. Zərərçəkən iki əməkdaş isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.