2023-cü ildə Özbəkistanda yeni doğulmuş uşaqlara ən çox qoyulan adlar Solixa və Muhammadali olub.
Bu adlar müvafiq olaraq 24 365 və 27 431 uşaq üçün seçilib.
Qızlar arasında ilk üçlük Müslümə (15 918) və Yasminə (19 911) olub. Oğlanlar arasında ikinci yeri Mustafo (22.882), üçüncü yeri isə Abdullah (18.116) adı tutub.
Qızlar arasında ilk 10-luğa həmçinin Xadiçə, İmona, Şukrona, Sumayə, İfora, Sadiya və Mubina daxil olub. Oğlanlar arasında isə Məhəmməd, Məhəmmədyusuf, Məhəmmədəmin, Nurmuhamməd, Muhəmmədcon, İmronbek və Məhəmmədziyo var.
Ötən il ölkədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları tərəfindən 968 min 140 uşaq doğulub ki, onlardan 501 min 577-si oğlan, 466 min 563-ü isə qızdır.
Bundan başqa, məlum olub ki, 2023-cü ildə qeydə alınan 283 788 nikahdan 85 279-da qadınlar həyat yoldaşlarının soyadını götürüblər.