Fransa Rusiyanı Müttəfiqlərin Normandiyaya enişinin 80 illiyi ilə bağlı mərasimə dəvət etməyəcək.
Bu barədə "Reuters" məlumat yayıb.
Agentlik iki yüksək rütbəli diplomata istinadən yazıb ki, bu qərarın səbəbi kifayət qədər aydındır: "Ona görə ki, Rusiya Federasiyası Ukraynada işğalçılıq müharibəsi aparır".
Təşkilatçılar daha əvvəl Putinin tədbirdə olmayacağını, lakin bəzi Rusiya nümayəndələrinin iştirak edəcəyini bildirmişdilər.