ABŞ-ın Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubanın xeyrinə casusluq ittihamı ilə 15 il müddətinə həbs edilib.
Bu barədə Reuters məlumat yayıb.
Rocha iki maddə üzrə özünü təqsirli bilib.
Bundan sonra ona hökm oxunub.
“Reuters” yazır ki, 2022 və 2023-cü illərdə gizli işləyən və özünü Kubanın xarici kəşfiyyat xidmətinin nümayəndəsi kimi təqdim edən ABŞ FTB agenti ilə keçirdiyi bir neçə görüşdə Roça aşkarlanmamaq bacarığından danışıb.
Roça 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində çalışıb.
O, 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri vəzifəsində çalışıb, bundan sonra Boliviyaya səfir təyin edilib və 2002-ci ilə qədər orada çalışıb.