Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya və Türkiyə İstanbulda qaz qovşağının yaradılmasını müzakirə edirlər




Türkiyə Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlıq çərçivəsində İstanbulda “qaz ticarət platforması”nın ən qısa zamanda istifadəyə verilməsini gözləyir.

Bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

“Biz “Qazprom”la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Qısa müddətdə işə sala biləcəyimizi düşünürük”, - deyə Bayraktar bildirib.

Onun sözlərinə görə, Ankara Silivridə qaz qəbuletmə qabiliyyətini artırmağa çalışır - Türkiyənin təbii qaz bazarı Avropada dördüncü böyükdür.

Türkiyə qaz qovşağı ideyası 2022-ci ilin oktyabrında “Şimal axını” partlayışlarından sonra Vladimir Putin tərəfindən irəli sürülüb. O, Rusiya tədarükünün itirilmiş həcmlərinin Qara dəniz regionuna köçürülməsini və Türkiyədə qaz ixracı, o cümlədən Avropaya, eləcə də qiymətlərin müəyyən edilməsi üçün platforma yaradılmasını təklif edib.

Dekabrda Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, “Qazprom” və Ankara 2024-cü ildə icrasına başlaya biləcək layihə üçün “yol xəritəsi”ni razılaşdırırlar. Türkiyə administrasiyasındakı mənbə bu məsələnin Putinin qarşıdakı səfəri zamanı müzakirə edilməsinin planlaşdırıldığını bildirib.

Bundan əvvəl Qazaxıstanın Rusiya qazının Özbəkistana tranzitini artırmağı planlaşdırdığı məlum olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də