2024-cü ildə Rusiya Federasiyasının Strateji Raket Qüvvələri yeddi qitələrarası ballistik raketin təlim və sınaq buraxılışını həyata keçirəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son beş ildə Strateji Raket Qoşunları perspektiv raket sistemlərinin uçuş sınaqları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyinin təlimləri çərçivəsində qitələrarası ballistik raketlərin 20-dən çox buraxılışını həyata keçirib.
“Bu il Strateji Raket Qüvvələri yeddi qitələrarası ballistik raket buraxmağı planlaşdırır”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.