Qəzəbli ər səhər çayının 'gecikməsinə' görə arvadının başını kəsib.
Hadisə Hindistanda səhər saatlarında baş verib .
Sundari səhər saat 6-da oyanıb və hər gün olduğu kimi yemək hazırlamağa başlayıb.
Arvadı çayın hazır olması üçün daha 10 dəqiqə vaxt çəkəcəyini deyəndə ər əsəbiləşib və mübahisə başladıb.
52 yaşlı ər arvadı Sundariyə 15 bıçaq zərbəsi vurub. Daha sonra yerə yıxılan arvadının qılıncla başını kəsib.
Qonşular Sundarini qan gölündə ölü vəziyyətdə tapıblar.