
2023-cü il dekabrın 12-dən dekabrın 18-dək Rusiyada toyuq yumurtası 4,6% bahalaşıb.
Bu barədə Federal Dövlət Statistika Xidməti (Rosstat) məlumat yayıb.
"Toyuq yumurtasının qiyməti 4,6% artıb", - hesabatda deyilir.
Departamentin statistikasına görə, Rusiyanın 46 regionunda yumurtanın qiymətində 0,1-5,0%, 36 regionda 5,1-14,4% artım qeydə alınıb.