
“Ararat”ın heyətində 1973-cü il futbol üzrə SSRİ çempionu Nikolay Kazaryan 77 yaşında İrəvanda vəfat edib.
Dekabrın 14-də keçmiş futbolçu ürək-ağciyər çatışmazlığı ilə yerli klinikaya aparılıb, o, 5 gün reanimasiya şöbəsində qalıb, bundan sonra həkimlər onun öldüyünü bildiriblər.
Kazaryan bütün peşəkar karyerasını İrəvanda keçirib.
Futbolçu Ermənistan klubunda ümumilikdə 295 oyun keçirib və 67 qol vurub.