
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində naməlum tipli elementlərdən hazırlanmış dinləmə cihazları tapılıb.
Bu barədə RBC-Ukrayna yazır.
“Bu qurğular bu gün binaları işə hazırlayarkən aşkar edilib”, – nəşr öz mənbəsinə istinadən yazır.
Bildirilir ki, qurğular əvvəllər naməlum komponentlərdən yığıldığı üçün quraşdırıcını müəyyən etmək mümkün deyil.