Göyərçindən virusa yoluxma iki yaşlı qızın ölümünə səbəb olub.
Bu barədə Daily Mail məlumat yayıb.
İki yaşlı qız uşağı qızdırma, ürəkbulanma və qusma ilə Avstraliyada Prince of Wales xəstəxanasına yerləşdirilib.
Altı həftə əvvəl o, leykemiya üçün ikinci kimyaterapiya kursunu tamamlamışdı.
Xəstənin vəziyyəti pisləşdi və bir sıra epileptik tutmalar keçirdi. Həkimlər qızın bütün dünyada vəhşi və ev quşları arasında yayılmış virusun yaratdığı Nyukasl xəstəliyinə tutulduğunu aşkar ediblər.
Testlər göstərdi ki, onun bədənindəki virus əvvəllər göyərçinlərdə tapılan variantlara bənzəyir.
Virus əleyhinə dərmanlar, antibiotiklər və antikonvulsanlar qızın sağalmasına kömək etməyib.
O, virusun yaratdığı ensefalit səbəbindən xəstəxanaya yerləşdirildikdən təxminən bir ay sonra vəfat edib.
Nyukasl xəstəliyi ilk dəfə 1926-cı ildə aşkar edildiyi şəhərin adını daşıyır.
Adətən insanlarda xəstəlik konjonktivitə gətirib çıxarır və tez keçir.
Quşlarda APMV-1 virusu müxtəlif ölümcül nevroloji simptomlara səbəb olur.