Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra iki il ərzində Taliban məişət zorakılığı qurbanlarını öz təcavüzkarlarından xilas etmək üçün "unikal" üsul tapıb.
Taliban nümayəndələri məişət zorakılığı qurbanlarını “təhlükəsizlikləri üçün” həbs edirlər.
Bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının ölkədə gender əsaslı zorakılıqla bağlı şikayətlərə necə baxıldığına dair yeni hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, zorakılıq qurbanlarının həbsdə saxlanılması praktikası onların fiziki və psixoloji sağlamlığına ziyan vurur.
O da vurğulanıb ki, dünyanın bir çox ölkələrində yayılmış döyülmüş qadınlar üçün dövlət tərəfindən idarə olunan sığınacaqlar Əfqanıstanda bağlanıb, çünki Taliban belə mərkəzlərə ehtiyac görmür.