Ukrayna prezidenti Vladimir Zelenski amerikalı senatorlarla görüşündə deyib ki, ABŞ və Aİ-dən maliyyə və hərbi yardım dayansa, Ukrayna 45 yaşdan yuxarı kişiləri orduya çağırmalı və partizan müharibəsinə keçməli olacaq.
Respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı üsyançılardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub.
Conson bunu ABŞ-ın bu ölkələri işğal etdiyi zaman Əfqanıstan və İraqda baş verənlərlə müqayisə edib.