Türkiyənin tanınımış rejissoru Yılmaz Atadeniz vəfat edib.
O, 91 yaşında dünyasını dəyişib.
Onun koronavirusdan vəfat etdiyi bildirilir. Rejissor 1 həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.
"Ölmək var, dönmek yoxdur", "Kobra", "Atamı axtarıram", "Gülom", "Acılar", "Yalvarış" filmlərinin ssenari müəllifi, onlarla filmin rejissoru olub.