
Beynəlxalq ictimaiyyətin Qəzza zolağındakı döyüşlərlə bağlı ikili standartları gələcəkdə bütün dünyaya yayıla bilər.
Bunu Cenevrədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
“Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar İsrailin vəhşiliklərinə son qoya bilmirlərsə, onların nə faydası var? Qəzzədəki vəziyyətlə bağlı ikili standartlara indidən son qoyulmasa, gələcəkdə bütün dünyaya təsir edəcək”, - XİN rəhbəri bildirib.
Oktyabrın 7-də Həmas İsrailə böyük raket zərbəsi endirib və Əl-Əqsa tufanı əməliyyatını elan edib.