Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musaevanın şərti azadlığa buraxılması rədd edilib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Musayevanın vəkili Aleksandr Savinin jurnalistlərə verdiyi məlumata görə, məhkəmə onun “islah olunmağa müsbət meyllərini” qeyd edir, lakin bunları vəsatəti təmin etmək üçün yetərli hesab etmir.
Musayeva insulindən asılı olmayan, çoxsaylı ağırlaşmaları olan şəkərli diabet xəstəsidir.
2022-ci ilin yanvarında Çeçenistan polisi Səidi Yanqulbayevin həyat yoldaşı Zarema Musaeva ilə yaşadığı Nijni Novqoroddakı mənzilə basqın edib və 59 yaşlı qadını zorla Qroznıya dindirməyə aparıb.