Dünyada su mənbələri sürətlə azalır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”.
R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: “Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.
Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: “Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".