ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu-Yorkda saxtakarlıqla bağlı məhkəmədə ifadə verməkdən imtina edib.
Bu barədə Bloomberg məlumat yayıb.
"Tramp bazar ertəsi Nyu-Yorkda keçiriləcək mülki fırıldaqçılıq məhkəməsində ifadə verməyəcəyini bildirib", - məlumatda deyilir.
Qeyd olunur ki, Trampın daşınmaz əmlak şirkəti olan “Trump Organisation” banklardan daha yaxşı kredit şərtləri əldə etmək üçün on ildən çox müddət ərzində hər il aktivlərini 3,6 milyard dollar şişirtdiyi iddia edilir.