Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tokayev bildirib ki, Qazaxıstan və Rusiya həmişə birlikdə çalışacaqlar



Dünyadakı “qarışıqlığa” baxmayaraq, Qazaxıstan həmişə Rusiyanın yanında olacaq.

Bunu Euronews telekanalına müsahibəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

 “Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır. Rusiya ilə dünyanın ən uzun quru sərhədimiz var. Bizim yaxşı əməkdaşlıq ənənəmiz var ki, onu qoruyub saxlamaq lazımdır. Və inanıram ki, beynəlxalq arenada bəzi təlatümlərə baxmayaraq, biz daim birgə işləyəcəyik”, - deyə Qazaxıstan lideri Rusiyanın dünyada mühüm rol oynadığını vurğulayıb.

 Noyabrda Kasım-Jomart Tokayev demişdi ki, respublika ilə Rusiya Federasiyası arasında münasibətlər sarsılmaz olaraq qalacaq və siyasi şəraitə tabe olmayacaq.

 

Dekabrın 4-də Putin ayın sonunda Aİİ-MDB sammitində Tokayevlə görüşəcəyini açıqlamışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də