Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsraillə əlaqəli neft tankeri Yəmən sahillərində qaçırılıb



İsrail şirkətinə məxsus ola biləcək tanker Yəmən sahillərində naməlum şəxslər tərəfindən ələ keçirilib.

Bu barədə Associated Press (AP) dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Ambrey şirkətinə istinadən məlumat yayıb.

 Agentliyin məlumatına görə, “Central Park” gəmisi (Operator Zodiac Maritime tərəfindən idarə olunur) Ədən körfəzində hücuma məruz qalıb. Tankerin kim tərəfindən tutulduğu hələlik məlum deyil.

 Operator dəniz quldurlarının gəmiyə hücum edə biləcəyinə dair şübhələrini bölüşüb. Gəminin ekipajına Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşları daxildir


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də