Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almaniya Litvaya 5 min hərbçi göndərəcək

Almaniya Litvaya 5 min hərbçi göndərəcək



Almaniya daimi dislokasiya məqsədilə Litvaya 4,8 min hərbçidən ibarət briqada və 200 nəfərlik mülki personal göndərəcək.

Bunu Almaniyanın Litvadakı yeni səfiri Kornelius Zimerman deyib. Bundesver qoşunlarının Litvaya tədricən göndəriləcəyini bildirən diplomatın sözlərinə görə, səylərin sıx koordinasiyası bu prosesin davamlılığı üçün çox vacibdir.

 Bir müddət öncə Litva Müdafiə Nazirliyi müttəfiq briqadanın yerləşdirilməsi üzrə detallı iş planının 2023-cü ilin dekabrında təsdiqlənəcəyi, 2024-cü ilin ikinci yarısında isə onların ölkədə yerləşdirilməsi ilə bağlı hökumətlərarası sazişin imzalanacağı barədə məlumat yayıb. Xarici ölkə hərbçilərinin Litvada yerləşdirilməsi prosesi 2024-cü ildən 2027-ci ilədək davam edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də