Çinin şimalındakı Şansi əyalətindəki kömür mədənində güclü yanğın olub.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisədə 11 nəfər ölüb, 51 nəfər yaralanıb.
Ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Xilasedicilər 63 nəfəri təxliyə edib.
Yanğının başvermə səbəbləri araşdırılır.