“Instagram” sosial şəbəkəsi Çeçenistan lideri Ramzan Kadırovun oğullarının səhifələrini və çoxlu sayda abunəçisi olan bir neçə başqa səhifəni bağlayıb.
Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
“Ötən gün müxtəlif internet platformalarında respublikamızın aparıcı istifadəçi hesabları bloklanıb”, - deyə o yazıb.
Onun sözlərinə.görə, Kadırovun oğulları Əhməd, Əli, Adəm və Hamzatın hesabları, həmçinin Ramzan Kadırov və onun atası, Çeçenistanın ilk prezidenti Axmat Kadırovun fəaliyyətindən bəhs edən səhifələr bloklanıb.
Bundan əlavə, "YouTube" Çeçenistanın Qroznı şəhərinin dövlət teleradio şirkətinin üç kanalını bloklayıb.