İsrail HƏMAS-ın 3 günlük atəşkəs və əsir mübadiləsini nəzərdə tutan təklifini rədd edib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Təl-Əviv administrasiyası HƏMAS-ın əsir mübadiləsi təklifini rədd edib.
Bildirilib ki, HƏMAS təklif çərçivəsində 50 israilli girovun azad edilməsi müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və İsrail həbsxanalarında olan fələstinli qadın və uşaqların azad edilməsini şərtləndirib.
İsrailin Kanal 12 televiziyasının reportajında adı açıqlanmayan bir İsrail rəsmisi bildirib ki, HƏMAS ilə danışıqlarda vasitəçilər "İsrailin daha geniş miqyaslı məhbus mübadiləsini istədiyini bilirdilər".
Həmas İsrailin məhbus mübadiləsi məsələsini təxirə saldığını açıqlayıb