Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ Makronun HƏMAS-a qarşı koalisiya yaratmaq təşəbbüsünə reaksiya verib




Birləşmiş Ştatlar HƏMAS-a qarşı mübarizədə İsrailə kömək etməyə yönəlib.

Bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, Fransa lideri Emmanuel Makronun hərəkata qarşı mübarizə üçün koalisiya yaratmaq təklifini şərh edərkən, “Biz ilk növbədə İsrailə HƏMAS-la mübarizə aparmağa kömək etməyə yönəlmişik”,-deyə o qeyd edib.

Oktyabrın 24-də Fransa prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Fələstinin Həmas hərəkatı ilə mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiyaların yaradılmasını təklif edib.

Bundan əvvəl Makron İsrail prezidenti İsaak Hersoqla görüşdə Fransanın İsrail əsgərlərinin terror qruplaşmalarına qarşı mübarizəsini dəstəklədiyini, lakin məqsədyönlü əməliyyatların aparılmasını zəruri hesab etdiyini bildirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də