Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qahirədə keçirilən beynəlxalq konfransda deyib ki, İsrail ordusunun atəşinin davam etməsinə baxmayaraq, fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaqlar.
M.Abbas Qəzza zolağına yardımın davam etdirilməsinə çağıraraq, “biz heç vaxt köçürülmə ilə razılaşmayacağıq, nə qədər çətinliklər olsa da, öz torpaqlarımızda qalacağıq” deyib.
O, "biz həmçinin, fələstinlilərin İordan çayının qərb sahilindəki və Qüdsdəki evlərindən qovulmasına qarşıyıq" söyləyib.