
Livanın xarici işlər naziri Abdullah Bu Həbib İsraili iki günlük atəşkəs elan etməyə çağırıb.
Bu barədə CNN məlumat yayıb.
"Gəlin atəşkəsə çağıraq və görək nə olacaq", - nazir deyib.
Nazir onu da qeyd edib ki, onun fikrincə, İsrail Livanın öz ərazisindən törətdiyi əməllərə görə necə cavabdeh olacağı haqda danışmaqla vəziyyəti daha da gərginləşdirir.