
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli üzvü, silahların hazırlanması ilə məşğul olan Mahmud Sabihi öldürdüyünü bildirib.
"IDF HƏMAS terror hərəkatının yüksək rütbəli üzvü Mahmud Sabihi məhv edib”,-deyə İDF-nin Telegram kanalında bildirilib.
Qeyd edilir ki, o, HƏMAS-ın istehsal qərargahında layihə və inkişaf departamentində baş mühəndis və bölmə müdiri vəzifələrində çalışıb. Bundan əlavə, Sabih silah və pilotsuz təyyarələrin istehsalı ilə bağlı məlumatların ötürülməsinə kömək edib.