İsrail Fələstini Qəzza zolağındakı Əl-Qüds xəstəxanasından insanları təxliyə etməyə çağırıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.
Təşkilatın məlumatına görə, tibb işçiləri ilə yanaşı, xəstəxanada 400-dən çox xəstə və orada sığınacaq tapmış 12 minə yaxın məcburi köçkün mülki şəxs var.
Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyyəsi planının aktivləşdirilməsini elan etmişdi. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) öz Telegram kanalında məlumat yayıb.