Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ATƏT-in Minsk Qrupunu kim ləğv edəcək... - Zaxarova cavablandırır

ATƏT-in Minsk Qrupunu kim ləğv edəcək... - Zaxarova cavablandırır

ATƏT-in Xarici İşlər Nazirləri Şurası Qarabağ üzrə Minsk qrupunun taleyi ilə bağlı rəsmi qərar qəbul etmək səlahiyyətinə malikdir.

Bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 Zaxarova regionda baş verən son hadisələr fonunda Minsk Qrupunun gələcəyi ilə bağlı sualı cavablandıran zamanı deyib ki, bu qurumun yaradılmasına 24 mart 1992-ci il tarixli iclasda "yaşıl işıq" yandırılıb. Daha sonra, 1994-cü il dekabrın 6-da Budapeştdə keçirilən ATƏT Nazirlər Şurası Minsk Qrupunun həmsədrlərin daimi formatını təsis edib. Zaxarova xatırladıb ki, 1997-ci ilin yanvarından həmsədrlər Rusiya, ABŞ və Fransa olublar.

 “2022-ci il fevralın 24-də Parisin təşəbbüsü, Vaşinqtonun dəstəyi ilə fransız və amerikalı həmsədrlər özbaşına (yəni ATƏT Nazirlər Şurasının təsdiqi olmadan), heç bir məsləhətləşmədən, hətta səbəbləri izah edilmədən rusiyalı həmkarı ilə qarşılıqlı əlaqədə olmaqdan imtina etdilər. Belə ki, ABŞ və Fransa ATƏT adından onlara həvalə edilmiş öhdəlikləri kobud şəkildə pozublar", - Zaxarova deyib.

 "Minsk qrupunun taleyinə gəlincə, bu məsələ ilə bağlı formal qərarı onu yaradan beynəlxalq qurum, yəni ATƏT-in Nazirlər Şurası qəbul edə bilə", - Rusiya XİN sözçüsü əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də