Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Finlandiya Türkiyəyə silah ixracına icazə verəcək

Finlandiya Türkiyəyə silah ixracına icazə verəcək

Finlandiya gələcəkdə Türkiyəyə silah ixracına icazə verəcək.

Bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkönen türkiyəli həmkarı Hulusi Akarla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

 "Hazırda Finlandiyanın Türkiyəyə silah tədarükünə qəti qadağası yoxdur", - nazir deyib.

 Qeyd edək ki, görüş zamanı nazirlər Finlandiya və İsveçin NATO-ya üzvlüyünün perspektivlərini və sazişin Türkiyə hakimiyyəti tərəfindən ratifikasiyası üçün Helsinki və Stokholmun yerinə yetirməli olduğu tələbləri müzakirə ediblər.

 Türkiyənin sənədin ratifikasiyası üçün konkret tarix təyin etmədiyini deyən Kaykkönen indiki durumda səbirli olmağın vacibliyini vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də