Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın zorakılığına qarşı veloyürüş keçirildi


Qadın zorakılığına qarşı veloyürüş keçirildi

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

 

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.

 

Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də