Bazar günü Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilib.
Seçkilər zamanı seçicilərin 49.9 faizi səsvermə hüququndan istifadə edib.
İlkin nəticələrə görə, seçkilərdə ixtisasca vəkil olan Natasa Pirc Musar qalib gəlib və o, Sloveniyanın ilk qadın dövlət başçısı olacaq.
Məlumata görə, ikinci turda 54 yaşlı Pirc Musar səslərin 53,83 faizini, onun rəqibi, sağçı siyasətçi və keçmiş xarici işlər naziri Andze Loqar isə 46,17 faiz səs toplayıb.
Qeyd edək ki, Sloveniya parlamentar respublika olsa da, prezident xalq tərəfindən seçilir. Prezidentin səlahiyyətləri əsasən mərasim xarakterlidir. O, həmçinin silahlı qüvvələrin ali baş komandanıdır və eyni zamanda bir neçə yüksək vəzifəli şəxsi, o cümlədən mərkəzi bankın rəhbərini təyin edir.