
Almaniya Ukraynaya daha bir partiya hərbi texnika və silah göndərəcək.
Bu barədə Almaniya hökumətinin saytında məlumat yayılıb.
Kiyevə 30 ədəd "Dinqo" zirehli transportyoru, hava hücumundan müdafiə sistemləri üçün IRIS-T SLM raketləri, 18 kəşfiyyat pilotsuz uçan aparatı, beş M1070 "Oshkosh" tank daşıyan texnika təhvil veriləcək.