
Görkəmli rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.
Bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.
Bildirilib ki, büst muzeyə təhvil veriləcək:
"Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib".
Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə çar Rusiyası zamanında qoyulub.