
Suriyanın İraqla sərhədinə yaxın ərazisində İrana məxsus yük maşınları naməlum pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.
Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Suriyaya Qaim sərhəd-keçid məntəqəsindən daxil olan İran yanacağını daşıyan tanker karvanı hədəf alınıb.
Təhlükəsizlik rəsmisi bildirib ki, sərhədin Suriya tərəfində böyük yanğın müşahidə olunub. Karvanda 20-dən çox tanker olub.
İranın dövlətə məxsus Press TV kanalı hücumu təsdiqləyib və ABŞ-ı hücum törətməkdə ittiham edib.