
İrana zərbə endirmək imkanımız var. Lakin buna qərar verməzdən əvvəl ciddi şəkildə düşünüb-daşınmalıyıq.
Bunu İsrailin müdafiə naziri Benni Gantz "The Jerusalem Post" nəşrinə bildirib.
O qeyd edib ki, İsrailin İranda fəaliyyət imkanları var: "Bizim hazırlığımız, imkanımız və uzunmüddətli planımız var. Biz belə bir ehtimala qarşı hazırlıqlı olmalıyıq. Lakin biz hərəkətə keçmədən qabaq çox ciddi düşünməliyik”.