Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ölkənin Baş Qərargahına sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Hərbi administrasiyaların yaradıldığı ərazilər Dneprin sol sahilində, Rusiya ordusunun nəzarətindədir.