
Avropa İttifaqı (Aİ) bu il Ukraynaya daha 3 milyard dollar maliyyə yardımı etməyi planlaşdırır.
Bu barədə Avropa Komissiyasının (AK) vitse-prezidenti Valdis Dombrovskis Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Təşkilat Ukraynaya noyabrda 2,5 milyard avro, dekabrda daha 500 milyon avro makromaliyyə yardımı köçürməyi planlaşdırır.
AK rəsmi olaraq 2023-cü ildə Kiyevə 18 milyard avro vəsaitin ayrılması təklifini açıqlayıb. AK rəhbəri Ursula fon der Lyayenin bu məsələni noyabrın 6-da müzakirəyə çıxarmaq istədiyi bildirilir.
"Bloomberg"in məlumatına əsasən, Macarıstan hakimiyyəti Ukraynaya 18 milyard avro verilməsi qərarını əngəlləməklə hədələyir. Nəşrin yazdığına görə, Budapeşt koronavirus məhdudiyyətlərindən sonra iqtisadiyyatın bərpası üçün Aİ-dən vəsait almaq istəyir.