“2023-cü il üçün Ukraynaya 18 milyard avroluq dəstək paketi təklif edirik”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
O bildirib ki, Avropa İttifaqı Ukrayna ilə həmrəyliyini davam etdirir.
“Avropa İttifaqına üzvlük yolunda irəliləyən Ukraynanın yenidən qurulması üçün zəmin hazırlayırıq”, - Ursula fon der Lyayen qeyd edib.