Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranı SSRİ-nin aqibəti gözləyir - Proses artıq başlayıb


İranı SSRİ-nin aqibəti gözləyir - Proses artıq başlayıb

“Cənubi Azərbaycanda baş verənlər, orada yaşayan Azərbaycan türklərinin oyanış məsələsi yeni hadisə deyil. Bu, yüzillik məsələdir və dəfələrlə fərqli formada özünü göstərib”.

 

Bunu  açıqlamasında siyasi şərhçi Kərim Əsğəri deyib.

 

Onun sözlərinə görə, güneyli soydaşlarımız İran rejiminin haqsız münasibətinə heç vaxt boyun əyməyib və mübarizə aparıb:

 

“Qacarların süqutuna qədər İranda 1000 il türklər hökmranlıq edib. Qacarlardan sonra İranda yaşayan türklər, xüsusilə də Azərbaycan türkləri öz haqlarını itiriblər. Pəhləvilərin hakimiyyyətə gəlməsi, davamında İslam inqilabının baş verməsi ilə Tehran hökuməti azərbaycanlılara qarşı ayrı-seçklik və assimiliyasiya siyasətini davam etdirdi. Ayrı-seçkilik mədəniyyət və digər bütün sahələrdə özünü göstərib. Əlbəttə, azərbaycanlılar buna biganə qalmayıb. Dəfələrlə öz etirazlarını bildiriblər. Şeyx Məhəmməd Xiyabaninin yaratdığı Azadıstan dövləti, Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti buna örnəkdir. 1979-cu ildə inqilab baş verdikdə Təbrizdə Xəlqi Müsəlman Hərəkatı yaradıldı. Şəriətmədari öndərliyində baş verən hadisələrə qarşı etirazlar edildi. Hətta o dönəm İran İslam Respublikasına tabe olmaqla bağlı seçkidə azərbaycanlılar 10 faizdən aşağı səs verib. Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “millətlərə istiqlal, insanlara azadlıq” prinsipinin Güney Azərbaycanın milli hərəkatında mühüm yeri var”.

 

 

Siyasi şərhçinin sözlərinə görə, SSRİ-nin dağılması ilə şimali Azərbaycanın müstəqillik əldə etməsi milli oyanışa daha böyük stimul verib:

 

“Təkcə birinci Qarabağ savaşında İranın Ermənistana yardımı, silah verməsi heç kimin gözündən qaçmadı. Güney Azərbaycandakı oyanış  prosesini daha da sürətləndirdi. O gündən bəri Güney Azərbaycan Milli Hərəkatı yaradıldı. Fərqli qruplar, siyasi partiyaların hamısı bu hərəkatın çətiri altında toplaşdı. Güney Azərbaycan, bütöv Azərbaycan məsələsində öz varlıqlarını ortaya qoydu. Daha sonra 2020-ci ilin payızında Qarabağ savaşında da İran işğalçı Ermənistana dəstək verdi. Lakin Azərbaycanın qələbə qazanması İran üçün böyük məğlubiyyət oldu”.

 

İrandan 50 gündən artıq ki, davam edən etiraz aksiyalarından söz açan K.Əsğərinin sözlərinə görə, indi azərbaycanlıların əsas şüarı “Azadlıq, ədalət və milli hökumət”dir.

 

 

“Bütün etnik qruplar İran rejiminin əleyhinə küçələrə axışıb, şüarlar səsləndirir. Belə demək mümkündürsə, küçə döyüşləri davam edir. Bu gün Cənubi Azərbaycanda işlədilən şüar: “Azadlıq, ədalət və milli hökumət”dir. Bunun mənası açıq şəkildə ortadadır. Ancaq hazırda gedən proseslərlə İranın SSRİ kimi parçalanmasını demək tezdir. Önəmli olan odur ki, artıq bu istiqamətdə proses başlayıb. Dünya İranda cərəyan edən proseslərə biganə deyil. Bu gün hər kəs görür ki, soydaşlarımız azadlıq uğrunda mübarizə aparırlar. Hazırda ən önəmli məqam azərbaycanlıların birliyi və qətiyyətidir”, - siyasi şərhçi son olayları şərh edib.

 

Qeyd edək ki, İranda illərlə fars rejiminin amansız təzyiqlərinə məruz qalan güneyli soydaşlarımız oyanış dövrünə qədəm qoyur. Son vaxtlar molla hakimiyyətinin sadə vətəndaşların azadlıq istəyini boğması, haqq uğrunda mübarizə aparan fəalların qətlə yetirilməsi və kütləvi həbslər bu ölkədə yaşayan azərbaycanlıların da ciddi təhlükə altında olduğunu göstərir. Artıq dözülməz qaydalardan usanan soydaşlarımız öz tarixi torpaqlarında müstəqil dövlət qurmaq barədə düşünür və bu məqsədə çatmaq üçün mübarizə aparacaqlarını bəyan edirlər. Bildirilir ki, əsas hədəf Cənubi Azərbaycan Cümhuriyyətini yaratmaqdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də