İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.
Buna səbəb aramsız yağan yağışlar olub.
Meydandakı restoranları və mağazaları su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, 2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.