Rusiyanın “Regnum” informasiya agentliyi fəaliyyətini dayandırıb.
Bu barədə agentliyin baş redaktoru Modest Kolerov məlumat yayıb.
O bildirib ki, “Regnum”u idarə edən şirkət agentliyin rəhbərliyini heç bir səbəb göstərmədən dəyişib.
"Vəziyyət aydınlaşana qədər “Regnum” informasiya agentliyi fəaliyyətini dayandırır”, - deyə Kolerov qeyd edib.