Türkiyə Respublikası Polis Akademiyasının Polis Rəisləri Tədris Mərkəzini magistratura pilləsi üzrə 15 nəfər azərbaycanlı kursant müvəffəqiyyətlə bitirib.
Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri də tədbirdə iştirak edib.
Məzuniyyət mərasimində xarici ölkə məzunları arasından bu Proqramı fərqlənmə ilə bitirən Nuran Qənbərliyə diplomu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.
Nuran Qənbərli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “ST və MKS" fakültəsinin məzunudur.
2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.
Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.