Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, Rusiya tərəfi Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub.
“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və sazişin icrasını bərpa edir”, - nazirlik əlavə edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində Moskvanın “taxıl müqaviləsi”ndə iştirakının bərpası şərtlərini açıqlamışdı. Onun sözlərinə görə, Kiyev təhlükəsizlik zəmanəti verməli və müqavilənin müddəalarından öz hərbi məqsədləri üçün istifadədən imtina etməlidir.
Razılaşmanın dayandırılması oktyabrın 29-da Sevastopolda dronların Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra elan edilmişdi. Müdafiə Nazirliyi bildirib ki, zərbələr Ukrayna Silahlı Qüvvələri tərəfindən endirilib. Nazirlik Böyük Britaniyanı hücumda əli olmaqda ittiham edib və hadisəni terror aktı adlandırıb.
Rusiya bəyan etmişdi ki, vurulan gəmilər taxıl dəhlizinin təhlükəsizliyini təmin edirmiş.