
İranın Ermənistana qaz ixracı iki dəfə artacaq.
Bu barədə İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni məlumat verib.
O qeyd edib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi və qaz mübadiləsi müqaviləsinin 2030-cu ilə qədər uzadılmasına dair razılıq əldə olunub.
Çəgni qeyd edib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir.