Gürcüstan polisi narkotiklərlə mübarizə tədbirləri çərçivəsində oktyabrın 31-də bütün ölkəni əhatə edən xüsusi əməliyyat keçirib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nəticədə paytaxt Tbilisi, Batumi şəhərləri də daxil olmaqla ölkənin digər şəhərlərində narkotiklərin ölkəyə gətirilməsi və satışı ilə məşğul olan 10 nəfərdən çox qrup rəhbəri həbs edilib.
Cinayətkarların evlərindən və gizli məkanlarından külli miqdarda heroin, kokain və digər narkotik vasitələr, eyni zamanda, bu maddələrin satışından əldə olunmuş xeyli məbləğdə pul vəsaiti götürülüb.
Saxlanılan şəxslər əsasən Gürcüstan, Ukrayna, Qazaxıstan və Rusiya vətəndaşlarıdır.