İranın Qərbi Azərbaycan bölgəsində iğtişaş baş verib.
Mahabad şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşma zamanı azı 3 nəfər ölüb.
Məlumata görə, şəhərdə keçirilən aksiyada nümayişçilər bank və dövlət binalarına hücum edərək yandırıblar.
Polis etirazçıları dağıtmaq üçün sərt müdaxilə edib. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. İnsident zamanı ölənlərlə yanaşı, yaralıların da olduğu bildirilir.
Aksiyaçılardan bəzilərinin saxlanıldığı deyilir.