Çinin Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Bu barədə "Global times" nəşri məlumat yayıb.
Bildirilib ki, Çin hakimiyyəti bununla bağlı Ukraynadakı səfirliyə müraciət ünvanlayıb.
Məlumatda qeyd olunub ki, Çin vətəndaşlarına Ukraynanı tərk etməyi gecikdirməmək tövsiyə edilib.