Avropada qazın qiyməti 1 200 dolları keçib
London ICE birjasında keçirilən ticarətin sessiyasının nəticələrinə görə, Avropada qazın qiyməti min kubmetr üçün 1200 ABŞ dollarını keçib.
Bunu ticarət platformasının məlumatları sübut edir.
Niderlanddakı TTF mərkəzindəki bu gün keçirilən ticarət sessiyasının sonunda noyabr fyuçerslərinin min kubmetrə görə qiyməti təxminən 1 214 ABŞ dolları təşkil edib.
Ümumilikdə isə günün əvvəlindən etibarən ümumi qiymət artımı 8%-dən çox olub.
Avropa qaz bazarında qiymətlərin dəyişkənliyi qış fəsli ərəfəsində qaz anbarlarının az dolması ilə əlaqələndirilir.